VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin tanınmış müğənnisi Sibel Canın sosial şəbəkədə paylaşdığı fotolar böyük müzakirələrə səbəb olub.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sibel Can “İstagram” hesabında fotolar paylaşıb. Yeni il ərəfəsində paylaşdığı fotolar izləmə rekordu qırıb və böyük müzakirələrə səbəb olub.

Fotolara şərh verən izləyicilər Sibel Canın çox gözəl və gənc göründüyünü yazıblar.

Hətta bəziləri şəkillərin “photoshop” olduğunu iddia edirlər. Onlar düşünürlər ki, müğənni proqram vasitəsilə şəkillərdə özünü “cavanlaşdırıb”.

Bəziləri isə Sibel canın qızı ilə eyni yaşda göründüyünü bildiriblər. Həmin fotoları təqdim edirik:

Cavid Babayev
BAKU.WS