53 yaşlı Kameron Diaz 3-cü dəfə ana oldu
Hollivud ulduzu Kameron Diaz üçüncü dəfə ana olub.
BAKU.WS xəbər verir ki, 53 yaşlı aktrisa musiqiçi həyat yoldaşı Benci Madden ilə üçüncü övladlarını qucaqlarına alıb.
Cütlük yeni doğulan oğullarına "Nautas" adını verib.
Xoş xəbəri sosial şəbəkə hesabında paylaşan Madden ailənin böyüməsindən böyük sevinc hissi keçirdiyini bildirib.
Körpənin fotosu ictimaiyyətə təqdim olunmasa da, paylaşımda adın mənasına işarə edən gəmi təsviri yer alıb. "Dənizçi" mənasını verən "Nautas" adı sosial mediada da maraqla qarşılanıb.
Qeyd edək ki, 53 yaşlı Diaz və 47 yaşlı Madden cütlüyünün daha əvvəl Raddiks adlı qızları və Kardinal adlı oğulları dünyaya gəlib.
Qalereya
Oxşar xəbərlər
66 yaşlı aktyor 30 yaş kiçik sevgilisi ilə evləndi
Məşhur aktyor Güven Kıraç şəxsi həyatı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, onun gənc sevgilisi ilə Merve Topugil ailə qurduğu bildirilib. Onlar ailə üzvl...