Xalq artisti Nazpəri Dostaləyiva ANS telekanalında yayımlanan "Deməsək Olmaz” verlişinin qonağı olub. 
 
BAKU.WS məlumat verir ki, verilşinin mövzusu erkən yaşda qurulan ailələr olub.

Xoşqədəm Hidayətqızının verilişinin bugünkü mövzusu erkən yaşda qurulan ailələr olub. Aparıcı Xoşqədəm Hidayətqızının "Nazpəri xanım, neçə yaşınızda ailə qurmusunuz?" sualına müğənninin cavabı belə olub:
 
"Mən erkən yaşlarda ailə qurmuşam, orta məktəbdə oxuyurdum, hətta 8-ci sinifi belə bitirməmişdim. Əlbəttə, öz istəyimlə ailə qurmamışam. Mənim arzum uşaqlıqdan müğənni olmaq idi. Ona görə ailə haqqında düşünmürdüm. Toyda belimi bağlayırlar, atama dedim "Ata mən hara gedirəm?". Atamın gözü doldu, dedi, qonaq gedirsən. 9-10-cu sinifi ər evində oxuyub bitirdim. Yoldaşım məndən 6 yaş böyük idi, ailə quranda o, universitetdə təhsil alırdı. Ana olanda 10-cu sinifi yeni bitirmişdim".
 
BAKU.WS