SİZİN REKLAM BURADA!
055 213 76 73



Populyar müğənni Yeganə Mürsəlovanın yeni yazdırdığı "Sən də yanarsan" mahnısı ajiotaja və müzakirələrə səbəb olub. 

BAKU.WS
xəbər verir ki, dinləyicilər sözügedən musiqi parçasını Şəbnəm Tovuzlunun "Xəstəyəm" mahnısının plagiatı olduğunu deyirlər.

Hətta eyni musiqinin iki ifaçıya satıldığını deyənlər də var.

Sosial şəbəkələrdə gedən müzakirələrə Yeganə Mürsəlova cavab verib. İfaçı mahnıların eyni musiqi olması ilə razılaşmır:

"Qətiyyən oxşamır! Diqqətlə qulaq assanız, görəcəksiz ki, ayrı-ayrı mahnılardır. Ayrı ladlarda yazılmış mahnılardır. Musiqi savadı olan bunu bilir. Sadəcə olaraq aranjerovka ritm eynidir. Necə ki, segah üstündə oxunan mahnılar bir-birinə bənzəyir, bu mahnılarda da o bənzərlik var".

Hər iki mahnının musiqisi və aranjemanı Ruslan Səfəroğluya məxsusdur. Onun məsələyə reaksiyası belə olub: "Yəni mən o qədər cahiləm ki, bir mahnını iki müğənniyə satım?"
 
Müqayisə üçün hər iki mahnını təqdim edirik:


Yeganə Mürsəlova "Sən də yanarsan" (Sözləri və musiqisi Ruslan Səfəroğluya məxsusdur)


Şəbnəm Tovuzlu "Xəstəyəm" mahnısı (Sözləri Vüsal İbrahimov, musiqisi Ruslan Səfəroğlu)

Zülfiyyə Qurbanova
BAKU.WS