SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə vətəndaşı ilə ailə quran müğənni Yeganə Mürsəlova-Akbudak oğlu Ömər orta təhsilini Bakıda alır.

Sənətçi BAKU.WS-ə açıqlamasında, oğlunun Azərbaycanda təhsil almasını belə əsaslandırdı:

“Azərbaycan təhsilini Türkiyəninkindən üstün görürəm. Atası əvvəlcə buna qarşı çıxsa da, sonradan razı sala bildim. Həm də mən işimlə bağlı tez-tez Bakıya gəlməli olduğumdan oğlumun burada məktəbə getməsinin daha məqsədəuyğun olduğunu düşündüm. Bir də mən işimlə əlaqədar Bakıda daha çox olduğum üçün Öməri də burada məktəbə qoydum”.

İş həyatları ilə bağlı həyat yoldaşından ayrı düşməsinə baxmayaraq ailə həyatında heç bir problem olmadığını bildirdi və boşanma xəbərlərinin təkzib etdi”.

Zülfiyyə Qurbanova
BAKU.WS