VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva sentyabrın 23-də axşam saatlarında evdən çıxıb. 15 yaşlı qızın valideyinləri onun evə gəlmədiyini görüb axtarışlara başlasalar da, bu günə kimi bir xəbər yoxdur.

Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsələr də, valideyinləri onun azyaşlı olduğunu əsas gətirərək "yox" cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları məlum olub.

Aynurənin atası Ramil Yusubov deyir ki, mobil operatorlardan ev telefonuna zəng etmiş telefon nömrələrinin siyahısını əldə edib. Onun sözlərinə görə, burada ailə üzvlərinin tanımadığı yeganə bir telefon nömrəsi var ki, o da zənglərə cavab vermir. Məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırmalar aparılır.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: