Tanınmış müğənni, güclü səsi ilə dünyaca məşhur olan Adelin türk olduğu ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS Hüriyyət-ə istinadən məlumat verir ki, bir müddətdir "Million Years Ago" (Milyon illər öncə) mahnısının müğənni Ahmet Kayanın "Acılara Tutunmak" mahnısından plagiat olması ilə bağlı iddialarla gündəmə gələn Adellə bağlı indi isə mətbuatda türk olmağı ilə bağlı yeni iddialar yer alıb. Bildirilir ki, bunu müğənni özü 2009-cu ildə Hollandiyanın RT4 kanalında verilişlərin birində deyib.

Verilişdə ifaçı uşaqlıq illərindən danışarkən, uşaqlıqdan heç zaman arıq olmadığını qeyd edib. Onun kök olması ilə bağlı verilən suallara cavab olaraq "Musiqi qulaq üçündür, göz üçün yox. Görünüşüm də dünya üçün yox, sevdiyim adam üçün önəmlidir. O xoşbəxt olduğu müddətdə mən də xoşbəxtəm. Və o məni olduğum kimi sevir" deyib. 13 yaşından arıq olmadığını deyən sənətçi "Britni Spirs kimi arıq olmağın neçəyə başa gəldiyini bilirsiniz? Bunun üçün nə pulum, nə də zamanım var" - deyə bildirib.  

Veriliş zamanı yemək yeməyi sevdiyini,atası kimi artıq çəkili olduğundan danışan Adel,  "Ailəm türk, ispan və ingilis əsillidir" deyir. Ancaq, aparıcı bu məlumatla bağlı əlavə suallar vermədiyi üçün məsələ bağlı qalıb. Onun ana və ya ata tərəfindən türk əsilli olduğu məlum deyil.
 
BAKU.WS sözügedən verlişin videosunu təqdim edir.
 
Ayşən Ayxan