“Pis yuxu gördünüz suya danışın”.

BAKU.WS
xəbər verir ki, bu barədə Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində bildirib. Onun sözlərinə görə, cadu var və bunu heç kim inkar edə bilməz.

“Fırıldaqçı ekstrasenslər var, “molla”lar var. Belələri hər sahədə var”, - deyə ekstrasens bildirib.

Verilişdə çıxışı zamanı Zirəddin Rzayev bildirib ki, falçılıqla ekstrasenslik tam fərqli şeylərdir:

“Hər hansı bir əşya ilə gələcəyi demək faldır. Noxudla, kartla baxmaq, “Quran”ı açmaq və s. bunlar faldır. Əslində bunun özü də bir aktyorluqdur. Bəzən yanıma insanlar gəlir. Onlara deyəndə ki, “səndə cadu yoxdur”, inanmırlar.

Çünki onlar inanıblar ki, özlərində nəsə var. İnsanlar bəzən görmək istədiklərini eşitmək istəyirlər. Buna görə də bəzi işbazlar bundan istifadə edirlər”

BAKU.WS