48 yaşını qeyd edən Aygün: "Bunu eşitsəniz, təəccüblənməyin" (VİDEO)

48 yaşını qeyd edən Aygün: Bunu eşitsəniz, təəccüblənməyin (VİDEO)
Video
Şou-biznes 6540
Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür. Sənətkarın 48 yaşı tamam olur. BAKU.WS-in məlumatına görə, təbrik yağışına tutulan sənətçi "Instagram"ındakı paylaşımında bu sözlərə yer verib:“Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərindən nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarımla birlikdə. Həyat, səni sevirəm”.Doğum günündən bir gün əvvəl Rusiya-Azərbaycan parlamentlər arası dostluq qrupunun jurnalistinə müsahibə verən Xalq artisti maraqlı açıqlaması ilə də diqqət çəkib. Jurnalistin "Yaxın zamanda rusiyalı pərəstişkarlarınızı sevindirmək planınız varmı?" sualını ölkənin əsas ulduzu belə cavablandırıb:"Artistə çörək vermə, qoy yeni konsertlər, böyük layihələrlə bağlı arzular qursun. Xoşbəxtlikdən mən təkcə arzulamağı yox, həm də onları gerçəkləşdirməyi bacarıram. Əgər eşitsəniz ki, mən Rusiyada rusiyalı ulduzlarla nəsə planlaşdırıram, təəccüblənməyin. Bir halda ki, Rusiyada, xüsusi ilə də Moskvanın özündə bir neçə milyon həmyerlim yaşayır. Və əlbəttə ki, mən onlarla görüşmək və onlar üçün oxumaq istəyirəm!".
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Aygün çəkisi ilə təəccübləndirdi - FOTO

Aygün çəkisi ilə təəccübləndirdi - FOTO

Xalq artisti Aygün Kazımova yeni fotolarını izləyiciləri ilə bölüşüb.BAKU.WS axşam.az-a istinadən bildirir ki, müğənni eynəkdə və papaqda çəkdirdiyi şəkillərind...

2888 Şou-biznes 15:07 17 noyabr 2018

Son xəbərlər