SİZİN REKLAM BURADA!
055 213 76 73



Gözəlliyi və səsi ilə Azərbaycan kinosunda və teatrında iz qoymuş xalq artisti Amaliya Pənahovanın yeni fotoları sevənlərini məyus edib.

BAKU.WS xəbər verir ki, aktrisanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının 26-cı mövsümünün bağlanışı münasibətilə kollektiv A.Pənahovanın bağ evində toplanıb.

Teatrın aktyorları Amaliya xanımla bərabər çəkdirdikləri fotoları paylaşaraq ona gözəl sözlər ünvanlayaraq sevgilərini bildiriblər.

Amaliya Pənahovanın estetik-plastik əməliyyatla dəyişdirdiyi xarici görünüşünü hələ də həzm edə bilməyənlər bu dəfəki görüntüsünü də tənqid ediblər. Belə ki, bütün fotolarda şlyapada olan xalq artistinin başını keçəl qırxdırdığı ehtimal edilir. 

Zülfiyyə Qurbanova
BAKU.WS