13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Lap Hollivudda yaşasaydım da belə, intim səhnələrə çəkilməzdim. Ona görə yox ki, mentalitet, yaxud da "qohum-əqrəba nə deyər" prinsipi ilə yaşayıram. Yox, sadəcə olaraq, xarakterim buna imkan vermir.

BAKU.WS xəbər verir ki, bu sözləri yeniçag.az-a Bakı Bələdiyyə Teatrının gənc aktrisası Aynur Abbasova söyləyib.

Aktrisa lazım gələrsə, filmdə əxlaqsız qadın obrazına çəkiləcəyini, amma öpüş səhnəsindən imtina edəcəyini də gizlətməyib:

"Filmdə heç bir intim səhnə olmadan əxlaqsız qadın obrazını canlandıraram. Mən hətta yataq səhnəsinə də çəkilmişəm. Ruslan Hüseynovun ekranlaşdırdığı "220 nömrəli otaq" filmində yataq səhnəsinə çəkildim, amma heç bir açıq-saçıqlıq olmadı. Tamaşaçı yataqdan qalxdığımı görüb. Tərəf-müqabilimlə yataqda olsaq da, soyunmadıq, sadəcə, ayaqlarımı göstərdilər".

Qeyd edək ki, xalq artisti Amaliya Pənahovanın yetirməsi olan aktrisa bununla birgə Mosfilmin istehsalı olan "Jasmin" filmində də rol alıb. Həmin film Rusiyada böyük səs-küy doğurub.
 
BAKU.WS