
- Mən Bakıya qayıtdıqdan sonra Rus Dram Teatrına işə düzəldim və orada aktyor Elşad Süleymanla tanış oldum. Bir müddətdən sonra Elşad mənə zəng etdi və dedi ki, reytinqlərdə birinci olan “Vicdan haqqı” serialına avara, tatusu olan, saçı uzun fərqli bir obraz lazımdır. Mən Elşadın təklifi ilə kastinqə getdim, Rövşən İsax məni bəyəndi və Vüsal obrazına təsdiqləndim.

“Vicdan haqqı” serialından kadr. İbrahim Çingiz və Yağmur Şahbazova
- Özümü mənfi obrazda görmək istərdim. Serialda müsbət bir obrazda oldum, indi isə mənfi obrazın arzusundayam. İstərdim bilim, yaratdığım mənfi obrazı tamaşaçılar necə qarşılayacaq. “Vicdan haqqı”nda İmran obrazı mənfi olmasına baxmayaraq, hər kəs tərəfindən danışılırdı.
- Karyerama 17 yaşımda başlamışam. Repləri dinləyirdim və marağım yarandı. Evdə bir musiqiyə söz yazdım və telefonuma video kimi çəkdim, özümə də maraqlı gəldi. Sonra yığışıb o mahnıya küçədə bir klip çəkdim, amma bir müddətdən sonra o videonu yutubdan sildim, çünki ona görə çox utanırdım (gülür – red.) İndiki kliplərə baxanda çox bərbad vəziyyətdə idi. Sonra getdikcə bu iş böyüməyə başladı, maraq yarana-yarana getdi. Daha sonra mən Rusiyaya “Black star”ın kastinqinə getdim, “Molodaya krov – 2” yarışmasına. Ondan sonra bir müddət Kiyevdə yaşadım və yenidən Bakıya qayıtdım.

- Rep oxumağa başlayanda nə və ya kim əsas ilham pərin olub?
- İlham pərimin kim olduğunu dəqiq deyə bilmərəm, çünki mən o vaxtlar Tupakı, Bigi Smalsı, Uranı, Hüseyn Dəryanı, Elşad Xoseni, “Dəyirman” qrupunu dinləyirdim. Ən çox dinlədiyim reper isə Dreykdir. Rusiya reperlərindən isə Jah Khalibi, Endşpili, Timatini dinləyirəm. Tam olaraq deyə bilmərəm ki, ilham pərim kimdir. Konkret bəyəndiyim repçi olmayıb, yalnız musiqilərini bəyənmişəm.
- Demək olar ki, 99,9 faizi sevgidən bəhs edir, qalanı isə həyatın çətinliklərindən. Ara-sıra klub mahnıları da olur, sadəcə rəqs edib istirahət etmək üçün.
- Xəyal etdiyim qadın obrazı zahiri görünüş baxımından aktrisa Ancelina Colidir. Xasiyyət baxımından yəgin ki, hər bir aktyorun istəyidir ki, həyat yoldaşı onun həyatını, sənətini başa düşsün. Çünki aktyor həyatı çəkilişlərin çoxluğu və ətrafında daim qadınların olması ilə fərqlənir. O ki, qaldı tapıb-tampadığıma, bu bir sirr olaraq qalsın (gülür-red.)

- Adətən reperlər pis vərdişlərə meyilli olurlar (narkotik, içki və s.) Səndə bununla vəziyyət necədir?
- İçkidən və nartotikdən uzaq olan bir insanam. Mən sağlam həyat tərzini dəstəkləyirəm. İnsan gərək idmanla məşğul olsun, pis vərdiləşlərdən uzaq olsun.
- Bayaq dediyim kimi, insan heç nədən sığortalanmayıb. Sözsüz ki, mənim də həyat prinsiplərim var. İnsan heç vaxt yaxınını satmamalıdır, satqın olmamalıdır. Mən həyatda heç vaxt insanları satmamışam. İnsan dürüst olmalıdır.
- İnstagram izləyicilərin tərəfindən sənə verilən ən qəribə sual hansı olub?

- Müsahibələrinin birində demisən ki, kumurin amerikalı aktyor Ceyson Momoadır. Qeyd edim ki, oxşarlığınız çoxdur (bədən quruluşu, saç-saqqal və s.). Özünü ona şüurlu olaraq oxşadırsan, yoxsa ki, oxşayırsan deyə, onu özünə kumir seçmisən?
- Tatu döydürən insanlar bilirlər ki, onların nə məna daşıdığı haqda danışmaq olmaz. Hər bir insanın həyatında nələrsə baş verir və bunu bədənlərinə tatu kimi həkk elətdirirlər. Mənim tatularım həyatımın bir kitabıdır.

İbrahim Çingiz və Olqa Arsentyeva
- Bir neçə gün əvvəl Rus Dram Teatrında “Təhminə və Zaur” tamaşasının premyerası oldu. Sənin yaratdığın Zaur obrazı indiyədək olan “Zaurlar”dan nə ilə fərqlənir?
- Teatrda bu obrazı mərhum sənətkar Fuad Poladov və Səfa Mirzəhəsənovdan sonra oynamaq mənə nəsib oldu. Bu cür sənətkarlardan sonra bu obrazı oynamaq çox çətin işdir. Sonda zalda oturan izləyicilərin, Anar müəllimin (xalq yazıçısı Anar Rzayev – red.) tamaşanı və məni bəyənməsi şərəfdir. Onların məni bəyənməyinə çox sevindim.
BAKU.WS