Beynəlxalq axtarışda olan kişi Azərbaycana gətirildi
Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Samir Salah oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, İmişli rayon polis şöbəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Samir Mehdiyevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü (dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
Samir Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
Martın 18-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin nazirlik...