SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış türk model Cansu Taşkın filmə çəkilib.
 
BAKU.WS məlumat verir ki, İnstaqram fenomeni olan modelin, rol aldığı filmin anonsu artıq yayımlanıb. Cazibədar model özü olan səhnələri sosial şəbəkələrdə də paylaşıb. Taşkının filmdəki rolu izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Rejissorluğunu Bahadır Apşinin boynuna götürdüyü "Bambaşka" filmi aprelin 8-dən etibarən kinoteatrlarda olacaq. 

Xatırladaq ki, Cansu Taşkının adı "Real-Madrid"in oyunçusu Kriştiano Ronaldo ilə hallanmışdı. Portuqaliyalı futbolçu Cansu Taşkına İnstaqram vasitəsi ilə xoş sözlər yazaraq onu bəyəndiyi bildirmişdi. 
 
BAKU.WS