VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən


"Eurovision 2011”in qalibi, tanınmış müğənni Nigar Camal ATV telekanalında yayımlanan "5-ci element” verilişinin qonağı olub. 

BAKU.WS məlumat verir ki, müğənninin iştirakından aparıcılar narazı qalıb. Onlar, ifaçının verilişi yola verdiyini bildiriblər. Verlişdə gərgin anların yaşandığı gözdən yayınmayıb. Nigar Camal onun üçün gətirilən torta "Nə gündədir" deyərək gülüb. Verilişin aparıcılarından biri olan Hüsniyyə Məhərrəmova müğənninin bu sözünü cavabsız qoymayıb:
 
"Qonağımız nə gündədirsə, hədiyyəmiz də o gündədir. Bizim hədiyyələr adətən qonaqlarımıza uyğun olur" aparıcı deyib.

BAKU.WS