Türkiyədə yaşayan azərbaycanlı dizayner-modelyer Rüfət İsmayılov Avropanın ən yaxşı dizayneri seçilib.

BAKU.WS
-in məlumatına görə, o, Rumıniyanın paytaxtı Budapeştdə keçirilən "The best designer of the best Europe 2018" modelyer yarışmasının qalibi olub.

Rüfət İsmayılovun 2014-cü ildə yaratdığı AFFFAİR Moda Evinin geyimləri podiumda ən çox bəyənilən kolleksiya olub. Azərbaycanlı dəb ustası Qərbi Avropanın ən yaxşı dizayneri mükafatına layiq görülüb. 

O, mükafata layiq görülməsini büelə şərh edib: "Qərbi Avropanın ən yaxşı dizayneri mükafatını əldə etmək həqiqətən də çox qürurvericidir".

Qeyd edək ki, sözügedən moda nümayişi və mükafatlandırma mərasimi dünyanın 1 nömdəli dəb kanalı Fashion TV-də yayımlanıb.

Zülfiyyə Qurbanova
BAKU.WS