VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyadan geri dönən Rəqsanə bütün həmkarları ilə soyuq münasibətə son qoymağa qərar verib.

BAKU.WS
-in məlumatına görə, ifaçı Rusiya toylarında Damlaya qadağa qoyması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib.

Rəqsanə ATV-nin "XL Şou" verilişində belə bir açıqlama verib: "Ruzini verən Allahdır, mən kiməm ki? Əgər bir insanı məclisə dəvət etmilərsə, günahkarı mən deyiləm. Toy sahibləri Rəqsanəni istəyirsə, mən neyləyə bilərəm? O ki qaldı Damlaya, o, uşaqdı. O, mənim övladım yerindədir, onunla nə işim var? Heç nədən xəbərim yox idi, efirdə mənə dedilər, siz eləmisiz? İnanın, şoka düşdüm. Mən də acığımdan dedim ki, əcəb etmişəm. Amma əslində mənim heç kəslə işim yoxdur. Allah hamının ruzisini versin, məndən əl çəksinlər".

Xatırladaq ki, müğənni Damla bir müddət əvvəl həmkarlarından birinin ona Moskva toylarında qadağa qoydurduğunu söyləmişdi. Zaur Kamal "5/5" verilişinin qonağı olan Rəqsanəyə belə bir sual vermişdi: İfaçı "Damla deyir ki, Rəqsanə mənə Moskava toylarında qadağa qoydurub. Bu düzdür?". Rəqsanə aparıcının sualını güləərək belə cavablandırmışdı: "Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə, əcəb də etmişəm. Hələ üç-dörd nəfərə də qadağa qoyduracağam".

Zülfiyyə Qurbanova
BAKU.WS