SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu gün küçə adamları efirdədir".

BAKU.WS-in məlumatına görə, bu sözlər xalq artisti Rasim Balayevə məxsusdur.

Sevimli aktyor Yeni Avaz-a müsahibəsində efirdə baş verən tərbiyəsizliklərə belə üsyan edib:

"Bizim vaxtımızda efirə ancaq nümunəvi adamlar çıxırdı, küçədən keçən çıxa bilməzdi. Bu gün küçə adamları efirdədir. Əxlaqsız adam mənə əxlaqdan dərs deyir. Rüşvətxor rüşvətdən, ağılsız ağıldan dərs deyir. Efirə nə cür geyinib çıxırlar. Bəs hardadı bunlara nəzarət edən? Yaxşı, bunun öz yiyəsi - əri, qardaşı, bacısı yoxdur, ailəsi yoxdur, bəs bu televiziyanın sədri də yoxdur?"

Zülfiyyə Qurbanova
BAKU.WS