Transparan geyimlə efirə çıxan Cavanşir Məmmədov od püskürdü (VİDEO)

Transparan geyimlə efirə çıxan Cavanşir Məmmədov od püskürdü (VİDEO)
Video
Şou-biznes 32695

 

Əməkdar artist Cavanşir Məmmədovun "Çıxış yolu” verilişinə geyindiyi köynək sosial şəbəkədə müzakirəyə çevrilib.

Cavanşir Məmmədov Publika.az-a açıqlamasında onu qınayanlara cavab verib, həmçinin nə üçün bu cür geyimlə efirə çıxmasına aydınlıq gətirib:

"Həmin veriliş 1 iyunda çəkilib. Uşaqların bayramı olduğundan nəvəmi gəzməyə aparmışdım. Yolda mənə zəng edib verilişə dəvət etdilər. Mən də bu cür efirə çıxmağın uyğun olub-olmadığını soruşdum. Dedilər ki, normal geyimdir, "setka sviterdi”, altından da "mayka” var. Geyimi dəyişməyə vaxt yox idi. Ona görə də o geyimdə efirə çıxdım. Müəyyən adamlar var ki, məndən yanıqlıdır, onlar da bu söhbətləri edir. 10 milyon əhalinin içərisində 100-300 nəfərin bəyənməməsi müsbət mənada yaxşı göstəricidir. Öz gözlərində tiri görməyənlər, başqa gözdə mil axtarır. Efirdə elə geyimlər görmüsünüz ki, heç bunun üzərinə gəlməyə də ehtiyac yoxdur. Mən hər zaman efirə səliqəli geyinmişəm. Bu dəfə ev paltarımda uşağı gəzməyə aparmışam, elə alınıb ki, efirə də bu geyimdə çıxmışam. Dünya dağılmayıb ki? Çimərlikdə açıq-saçıq şəkil çəkdirənlər gözə görünmür? Mən normal geyinə bilmərəm?”

BAKU.WS

Son xəbərlər