ANS-in “Nəzər Nöqtəsi” yenidən efirə qayıdır

ANS-in “Nəzər Nöqtəsi” yenidən efirə qayıdır
Şou-biznes 1609

ANS-in məşhur "Nəzər Nöqtəsi” proqramı yenidən efirə qayıdır. Verilişin yeni aparıcısı tanınmış jurnalist Eldəniz Elgün olacaq. Bu barədə jurnalistin özü BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, veriliş həftədə 5 gün, saat 20:30-da yayımlanacaq. Verilişdə ölkədə baş verən siyasi, sosial hadisələr müzakirə olunacaq. Yeni informasiyalar veriləcək. "İlk veriliş bu gün saat 20:30-da efirə çıxacaq. 17 ildən sonra efirə yenidən qayıdıram. Çalışacağıq ki, "Nəzər Nöqtəsi” verilişi efir məkanında yeni fikirlərlə zəngin olsun. Tamaşaçılara tam fərqli veriliş təqdim edəcəyik”, - deyə Eldəniz Elgün vurğulayıb. Ziya Səccad

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Arka Sokaklar" yenidən ekranlara qayıdır (VİDEO)

"Arka Sokaklar" yenidən ekranlara qayıdır (VİDEO)

Türkiyənin fenaomen serialı "Arka Sokaklar" yenidən ekranlara qayıdır. BAKU.WS-in məlumatına görə, KANAL D-nin 10 ildir böyük maraqla izlənilən serialı sabah...

1029 Şou-biznes 12:47 19 noyabr 2015

Son xəbərlər