Populyar müğənni Şəbnəm Tovuzlu uzun saçlarını çox qısa kəsdirərək tanınmaz olub.

BAKU.WS
-in məlumatına görə, müğənni yeni imici ilə ilk dəfə Lider telekanalında yayımlanan "Xeyirli axşamlar" verilişində görünüb. Tamaşaçılar ifaçını yeni imicdə tanımayıblar.

Şəbnəm İnstaqram səhifəsində də qısa saçlı fotolarını paylaşıb. Yeni imic birmənalı qarşılanmayıb. Bəzi izləyicilər uzun saçlarını kəsdirdiyi üçün onu qınayıblar. Bəyənməyənlərlə yanaşı, bəziləri uzun saçlarını kəsdirməkdə riskə getdiyini deyiblər və qısa saçların yaraşmadığını yazıblar. 

Bir çoxları onu türk sənətçi Sibel Cana bənzədiblər. Şəbnəm Tovuzlu Sibel Cana bənzədilməsindən məmnun olmayıb və etirazını belə bildirib: 
 
"Xeyr, mənim əzizlərim, mən özüməm. Gördüyünüz kimi özümə bənzəyirəm. Gəlin özümüzü baltalayıb, yadları uca tutmayaq. Vallah yadlar heç özlərindən başqa heç kimi bəyənmirlər. Gəlin biz də bir-birimizi tutaq, ucaldaq".

BAKU.WS