SİZİN REKLAM BURADA!
055 213 76 73



“Mən xəstəxanaya getməmişəm, buna baxmayaraq tez-tez məlumat alıram. Anarla danışa bilməmişəm. Bilmirəm necə olacaq? Həkimin qərarını gözləyirik, məsləhət bilsə müalicəsini evdə davam etdirəcəyik. Oğlum uzun müddətdir xəstədir, Allah balama şəfa versin”.

Bu gün təcili şəkildə xəstəxanaya yerləşdirilən Anar Nağılbazın anası Şərqiyyə Cəlilova BAKU.WS-ə açıqlamasında belə deyib.

Qeyd edək ki, reperin vəziyyəti bu gün qəflətən pisləşib. Qardaşı öz maşını ilə onu xəstəxanaya çatdırıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Hazırda reper sistem altındadır, ürəyində ciddi problemlər var.

Qeyd edək ki, son vaxtlar Anar Nağılbaz keçmiş həyat yoldaşı ilə problemlər yaşayır.

Zülfiyyə Qurbanova
BAKU.WS