Türkiyənin məşhur aktrisası Beren Saat hamilə olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 


BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, o həyat yoldaşı Kənan Doğulu və dostları ilə  birgə restoranların birində axşam yeməyinə gəliblər.

4 saat davam edən yemək süfrəsindən sonra məkandan çıxan zamanı məşhur cütlük paparasilərin kamerasına tuş gəlib. Beren Saat hamilə olub-olmaması ilə bağlı suala yalnız gülümsəyərək cavab verib.

Nəzərinizə çatdıraq ki, jurnalist Bilal Özcan “Seda Sayanla” proqramında Beren Saatın 3 aylıq hamilə olduğunu iddia edib.

Rəşad Əliyev
BAKU.WS