SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Xəzər TV-də yayımlanan "Hər şey daxil" verlişinin bu gün qonağı olub.

BAKU.WS xəbər verir ki, reperin keçmiş arvadı Anjelika bir göz qırpımında dağılan ailəsi ilə bağlı canlı efirdə ürəkdağlayan etiraflar edib:

"Onlar 3 qardaşdır. 3-ü də bir evdə qalır. Halbuki, o ev bizim özümüzün idi. Ailə quranda da deyilmişdi ki, qaynanalı-qaynatalı bir evdə yaşayacağıq. Bunu da mən qəbul etmişdim. O evə gəlin kimi köçməmişdim, mən ora onların qızı kimi köçmüşdüm. Nə qaynanam, nə qaynatam deyə bilməz ki, mənim bu vaxta qədər dırnağın ucu boyda zərərim dəyib".

Anjelika həmçinin həyat yoldaşının yayılan 18+ videosundan da bəhs edib. O bildirib ki, baxmayaraq ki Anar məni o videonun yayılmasında suçlayır, amma mənim bu videoya adiyyatım belə yoxdur. "Görüntüləri mən yaymamışam" deyə Anjelika yaranan video qalmaqalına aydınlıq gətirib.

Anarın eks həyat yoldaşının canlı efirdə heyrət dolu açıqlamalarını sizə olduğu kimi təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS