400 min manatlıq "Qız qalası" təqdim olundu - VİDEO

400 min manatlıq Qız qalası təqdim olundu - VİDEO
Video
Şou-biznes 3101
Martın 6-da Nizami Kino Mərkəzində “Qız qalası” filminin qala gecəsi baş tutub.BAKU.WS xəbər verir ki, 400 min manatdan çox büdcə ilə çəkilən komediyanın baş rollarında Reza Naji, Ziya Ağa, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Elməddin Cəfərov və Tural Əzizov çəkilib. Qırmızı xalçadan keçən filmin yaradıcı və aktyor heyəti media nümayəndələrinin suallarını cavablandırıblar. Məlumat üçün bildirək ki, filmin “Qız qalası” adlanmasının səbəbi bu tarixi abidənin sadəcə paytaxtımızın deyil, ölkəmizin simvolu olmaqla bərabər, dünya səviyyəsində tanınması, eyni zamanda, bu abidənin adının tarix boyu qəhrəmanlıq və sevgi dastanları ilə birgə çəkilməsidir.Məşhur “Qız qalası” əfsanəsinin motivlərini xatırladan eyniadlı film iki gəncin qəribə və macəradolu bir məhəbbət əfsanəsindən bəhs edir. Filmin ssenarisi həm qəhrəmanlıq, həm sevgi, eyni zamanda, qədim dövrlə müasirliyin çalarlarını özündə ehtiva edir. Belə ki, filmdə cərəyan edən hadisələrin mərkəzində bir-birini sevən, lakin qovuşa bilməyən iki gənc – Tuncay və Aytəkinin bir-birinə sonsuz məhəbbəti durur. Onların hicranına səbəb isə Aytəkinin şah qızı, Tuncayın sadə bir həkkak olmasıdır. Bu məsələ ilə paralel olan digər məsələ Tuncayın bir şamanı özünə şagird götürməsidir. Məhz hadisələr də bundan sonra baş verir. Tuncay möcüzə nəticəsində min il sonraya – müasir Bakıya varid olur və sevdiyi qızı da, onun atasını da tapmağa müvəffəq olur. Bəs bu min il ərzində Bakıda nələr dəyişib? Qəhrəmanımız ona tamamilə yad olan şəraitdə, zamanın burulğanında sevdiyi xanıma qovuşa biləcəkmi?Qeyd edək ki, filmin ssenari müəllifləri İ.Qasımov və Tural Sevdimalıdır.Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər