300 min manatlıq "Bombaltı" təqdim edildi - VİDEO/FOTOLAR
02
mar
2019
13:13
Martın 1-də Nizami Kino Mərkəzində "Bozbash pictures" komandasının "İLK Media" və "Cinemazadeh" istehsalı ilə ərsəyə gətirdiyi "Bombaltı" filminin təqdimat mərasimi baş tutub.BAKU.WS xəbər verir ki, komediya-macəra və döyüş janrında çəkilən filmin quruluşçu rejissoru Rauf Ocaqverdiyev, quruluşcu operatoru Elvin Əhmədoğludur. 90 dəqiqəlik ekran işinin ssenarisi isə Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynova aiddir.Filmin nümayişindən əvvəl baş rolları ifa edən artistlər media nümayəndələrinin suallarını cavablandırıblar.Aktyor İlkin Həsəni açıqlamasında bildirib ki, ekran işi çox baha başa gəlib: "Bütün pulumuzu filmə yatırmışıq. Çox bahalı komediyadır. Təxminən 300 min manatdan çox pul xərclənib. Əgər bu ilin sonuna qədər heç kəs bizdən bahalı film çəkməsə, "Bombaltı"nı ilin ən bahalı filmi adlandırmaq olar. Həqiqətən çox möhtəşəm bir iş alınıb".Ekran işində şotlandların milli kişi geyimində olan səhnələri ilə diqqət çəkən aktyor İlkin Həsəni maraq doğuran səhnələr haqqında bunları deyib:"Gizli agentlərə yerinə yetirməli olduğu tapşırıq verilmişdi. Diqqəti yayındırmaq üçün biz maskalanmalı idik. Odur ki, şotland milli kişi paltarı geyinərək turist obrazına girmişik. Düşünürəm ki, bu səhnələr pis alınmayıb".
"Şöşü" obrazını canlandıran aktyor Ramil Babayev "Bombaltı"nı Hollivud filmləri ilə müqayisə edib:"Bu film indiyədək çəkdiyimiz filmlərin içində ən bahalı və ən yaxşı alınan komediya filmidir. Mən filmi tək yerli filmlərlə yox, həm də Hollivud filmləri ilə müqayisə edə bilərəm. Bunu əminliklə deyirəm". Ekran işində Xüsusi Təhlükəsizlik İdarəsinin əməkdaşı obrazını ifa edən aktrisa Duyğu Dəvəli isə çəkiliş vaxtı başına gələn hadisələrdən bəhs edib:"Döyüş səhnələrinin məşqlərində kaskadyor cavan oğlan idi. O mənimlə çətin səhnələri etməyə bir az utanırdı. Orada ciddi bir tryuk etdiyim səhnə var. Onu edəndə məni ayağımdan saxlamağa utandı və buraxdı. Mən də başı üstə düz pola girdim, sonra bədənim çıpıldı. Həmin aktyor özünü itirdi. 10 dəqiqə gözümdən su axırdı. Danışmağa halım yox idi. Sakitcə ağladım".
Filmdə digər XTİ əməkdaşı obrazını isə aktrisa Mətanət Eres canlandırıb:"Gizli agentəm. Düşmüşəm Şöşü müəllimin komandasının dalınca. Axırda tapşırığı yerinə yetiririk. Filmdən sonra, bəlkə də, məndən qorxarsınız. Maraqlı çox şey baş verib. Məsələn, gecə saat 3-də məni dırmaşdırmışdılar otelin "krışası"na. Oradan Şöşünü tulladım aşağı". Qala gecəsində komediyanın yaradıcı heyəti İlkin Həsəni, Nicat Rəhimov, İlkin Misgərli, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Duyğu Dəvəli, eləcə də Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Fərda Amin, Elməddin Cəfərov, Əməkdar artistlər Dilarə Əliyeva, Bəhram Bağırzadə, prodüser Oqtay Əliyev və başqa tanınmış sənət adamları iştirak edib.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Bombaltı" - Döyüş, partlayış, atışma dolu komediya (VİDEO)
"Bozbash pictures" komandasının "Bombaltı" adlı yeni filmi hazırdır.BAKU.WS xəbər verir ki, döyüş, partlayış, atışma dolu komediya tezliklə kinosevərlərin ixt...