SİZİN REKLAM BURADA!
055 213 76 73



Mediadan uzaq qaçan Ebru Gündeşdən xəbər var.

BAKU.WS "Posta" qəzetinə istinadən xəbər verir ki, Ebru iki ildən çoxdur ki, Amerikada həbsdə olan milyonçu əri Rza Zərraba görə çətin günlər yaşayır. Gündəş konsertlərindən başqa heç bir tədbirə qatılmır, TV proqramlarında iştirakdan belə imtina edir.

Hətta məşhur sənətçi alış-veriş üçün bahalı bütiklərin məhsullarını evinə gətizdirir. Hər zaman formada olan Gündeş özünə əl gəzdirməyidə unutmur. Ebru cavan qalmaq üçün müxtəlif gözəllik prosedurlarını etdirir. Sənətçi İstanbulun Kanlıca ərazisindəki malikanəsinə kosmetoloqları çağırıb, üzünə botoks dolğular və vitamin iynələri vurdurur. 

Rəşad Əliyev
BAKU.WS