SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rza Zərrabın həbsindən sonra sənətinə bir müddət ara verən Ebru Gündeş konsertə hazırlaşır. 

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, sənətçi konsert hazırlıqlarına artıq start verib. Ebru konsert məşqlərindən videonu Instagram izləyiciləri ilə bölüşüb.
 
Müğənnini məşq videosunda məşhur "Söyleyin" mahnısını ifa edib. Ebrunun həyat yoldaşının həbsdə olduğu ərəfədə yenidən bu mahnını ifa etməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri sənətçinin mahnını həyat yoldaşı üçün ifa etdiklərini iddia edib. 

Sözügedən video son günlər E.Gündeşlə R.Zərrabın ayrılacağıyla bağlı yayılan xəbərləri gücləndirib. 
 
BAKU.WS