ABŞ-da həbsdə olan tanınmış iş adamı Rza Zərrabın həyat yoldaşı, məşhur müğənni Ebru Gündeş daimi yaşayış yerini dəyişib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, müğənni qızı Alara ilə Rza Zərrabın onlar üçün İstanbulun Kanlıca adlanan hissəsində aldığı villanı tərk edib. Keçən həftəyədək burada yaşayan ana və qızı başqa ünvana köçüb. Müğənni gedərkən özünə aid bütün əşyaları da toplayaraq aparıb.

Bildirilir ki, Ebru Gündeş Rza Zərrabla boşanmaq ərəfəsindədir. Lakin müğənni bu iddiaları təkzib etməyib.

BAKU.WS