SİZİN REKLAM BURADA!
055 213 76 73



4 ildən çoxdur aralarında sərin küləklər əsən iki türk müğənnisi Serdar Ortacla Ebru Gündəş məclislərin birində üz-üzə gəliblər.

Ebru ilə barışmaq üçün əldən ayaqdan gedib, hər yola əl atan Sərdar, nəhayət ki, istəyinə nail olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortac Ebrunun səhnədə çıxışını biganə qalmayaraq, oraya doğru addımlayıb. Sərdar hər kəsin gözünün önündə diz çökərək Ebrudan üzr istəyib.

Nəzərinizə çatdıraq ki, onların arasında münasibətlərin qərginləşməsinə səbəb Ebru Gündeşin əri Rza Zərrabın 2013-cü ildə həbs ediləndə Sərdar Ortacın onu axtarmaması olub. Ortac hətta 6 ay sonra baş tutan toyuna da Ebrunu dəvət etməyib. 

Sözügedən kadrları sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS