ATV kanalında yayımlanan “Vicdan haqqı” serialında Larisa obrazını canlandıran aktrisa Çimnaz Sultanovadan yeni xəbər var.

BAKU.WS-in məlumatına görə, Çimnaz yeni serialda rol alıb. “Sarı gəlin” adlanan ekran işi ARB telekanalında yaxın günlərdə efirə gedəcək.

Serialın ilk bölümü isə martın 5-də tamaşaçılara təqdim olacaq.

Çimnaz yeni obraz üçün görünüşünə əl gəzdirib. Sultanova, saçlarını tünd şabalıdı rəngə boyadaraq onları kəsdirib.

Rəşad Əliyev
BAKU.WS