SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin ən məşhur yarışma proqramında daha iki azərbaycanlı çıxış edib.
 
BAKU.WS-in məlumatına görə, "O səs Türkiyə” yarışmasında Gürcüstan azərbaycanlıları olan Afiq Novruzov və Hilal Ağakişiyev rep ifa ediblər. Həmyerlilərimiz bir neçə mahnının remiksindən ibarət olan musiqini oxuyaraq bütün tamaşaçıları coşdurublar. 
 
"Nəğd pul" adlanan qrupun üzvləri performansları ilə bütün Türkiyəyə əyləncəli anlar yaşadıb. Münsiflər heyətini də heyrətləndirən azərbaycanlı gənclər Ebru Gündəş və Hadisəni rəqsə dəvət ediblər. 
 
Murat Boz və "Atena" qrupunun heyrətlər içində izlədiyi şou qonşu ölkədə böyük səs küyə səbəb olub.
 
BAKU.WS yarışmaya Borçalıdan qatılan azərbaycanlı gənclərin möhtəşəm ifasını təqdim edir: