055 213 76 73
![](http://az.baku.ws/uploads/posts/2018-01/1515590473_qerrrrrr.jpg)
Müğənni Talıb Tale uzun fasilədən sonra sevənləri üçün konsert verəcək.
BAKU.WS-in məlumatına görə, müğənni sevgililər günündə, yəni fevralın 14-də Heydər Əliyev sarayında pərəstişkarlarına əyləncə və sevgi dolu gecə yaşadacaq.
BAKU.WS-in informasiya dəstəyi olduğu “Sevgililər günü” adlı konsert axşam saat 20:00-da başlayacaq. Konsertin biletləri Heydər Əliyev sarayının kassalarından və iticket.az saytından əldə etmək mümkündür. Biletlərin qiyməti 10-90 manat arasında dəyişir.
Bileti onlayn əldə etmək istəyənlər bu linkə daxil ola bilərlər.
BAKU.WS
![](http://az.baku.ws/uploads/posts/2018-01/1515590091_sevgililer.jpg)