13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Azərbaycanın əməkdar artisti Röya Türkiyədə “Altın Kelebek” mükafatına layiq görülüb. 

BAKU.WS-in məlumatına görə, Türkiyədə 32 nominasiya üzrə verilən “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mükafat alanlar arasında Azərbaycanın əməkdar artisti Röya Ayxan da var. O, “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olub. 

"Röya sevərlər, müsiqiyyə hörməti olanlar, hərkəsi təbrik edirəm. Məni bəyənməyənlər üçün dərs olsun". müğənni qələbəsini şərh edib. 

Bundan başqa, Türkiyənin meqastarı Tarkanın “Məni çox sev” mahnısı “ilin mahnısı” seçilib. Tarkan həmçinin “ən yaxşı kişi pop musiqiçi” nominasiyası üzrə də qalib olub. “Ən yaxşı qadın pop musiqiçi” mükafatı isə Sezən Aksuya verilib.

Türkiyənin məşhur aktyor-aktrisaları Kənan İmirzalıoğlu, Tuğba Böyüküstün, Ərkan Pətəkqaya, Cansu Dərə isə "möcüzə yaradanlar" nominasiyası üzrə laureat olublar.

“Ən yaxşı yarışma” “Survivor” seçilib və layihə rəhbəri Acun İlıcalı mükafatı qəbul edib. “Ən yaxşı film mükafatı”na isə “Kanal D”-də yayımlanan “Vətənim sənsən” layiq görülüb.

Qeyd edək ki, “Altın Kelebek” mükafatı hər il televiziya və musiqi sahəsində verilir.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

İman
BAKU.WS