VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva arasındakı qalmaqal səngimək bilmir.

Repçinin ötən gün həyat yoldaşı haqqında söylədiyi "Hər dəfə bir "JEEP"lə gəlirdi" açıqlaması qarşı tərəfi özündən çıxarıb

BAKU.WS-in məlumatına görə, Anjelika Cəbiyeva məsələ ilə bağlı Cebhe.info-ya müsahibə verib:

-Çox təəssüf ki, Anar bu səviyyəyə enib. Mən JEEP-lərdən düşəndə, Anar, sən harada idin? Əgər sən kişisənsə, həyat yoldaşın barədə ümumiyyətlə, danışmamalı idin. Bir xanım kimi Anar məni çox əzib, təhqir olunmuşam, söyülmüşəm, çox şeylər olub, amma hamısını gizlətmişəm. O vaxt bunların heç birini açıb-ağartmamışam. Əgər Anarın dediyi lüks həyatın, bahalı maşınların, evin arzusunda idimsə, həyatımın 8 ilini onunla niyə çürüdürdüm? Onun dediyi kimi, “JEEP”lərdə gəzən idimsə, indi niyə kirayələrdə qalmışam? Anarın uşaqlarıyla kirayədə qalıram, pulu da zülmlə ödəyirəm.

-Evin kirayəsi nə qədərdir?
-Ev yiyəsi ilə 300 manata danışmışdıq. Gözəllik salonunda işləyirəm. Müştəri də həmişə olmur. Ev yiyəsi ilə danışıb, kirayəni 250 manata endirmişəm. Yəni, Anarın dediyi kimiydimsə, niyə indi altımda maşınım yoxdur? Niyə bahalı evdə yaşamıram? Üstəlik də uşaqlarımın tapdanmış hüquqlarını tələb edirəm. Anar söhbəti fırladıb mənim üstümə atmaqla nəyə nail olmaq istəyir? Hər şeyi mənim üzərimə atıb, özünü təmizə çıxarmaq istəyir.

"Anar əvvəldən video çəkməyin manyakıdır"

-Anar deyir ki, həmin video psixotrop maddələrin təsiri altında çəkilib.
-O özü də gözəl bilir ki, heç bir maddənin təsiri altında olmayıb. Çünki Anarın başqa videoları da var. Biz Anarla evli olan müddətdə özümə çoxlu təzyiqlər olub. Müxtəlif xanımlar vasiətsilə Anarın videoları göndərilib. Qız gəlib qapımda qışqırıb, Anar belə-belədi... Anarı da tutub, içəri basıblar. Axşam da yenidən evə qayıdıb. Anar "Maşın şou”ya çıxanda həmin xanım yenidən zəng etdi ki, mən də onun başqa videoları var. Mən də o xanıma dedim ki, görüşək, videoları mənə verin. Amma həmin videoları mənə vermədi. Onu da deyim ki, Anar elə əvvəldən belə videoların xəstəsidir, manyakıdır. O prosesdə özü özünü çəkəndir. Durub deyir ki, hansısa dərmanların təsirinə düşüb. Hansısa qadınla yeyib-içəndə necə kişisən ki, hiss etməmisən bunu? Yəni, məcburi heç kimin ağzına dərman tökmək olmur. Yəni, sən bunun istifadəçisisən, bunu boynuna alırsan...

"Əlimdə faktlar var ki, bununla Anarı yerlə-yeksan etmək olar"

-Deyirsiniz ki, videonu siz yaymamısnız?
-Xeyr. Həmin videonu mənə 6 il öncə, özü də hamilə olduğum vaxt göndərmişdilər. O videonu görəndə həkimlik oldum, uşağımı itirmək təhlükəsi ilə üz-üzə idim. O vaxt ailəmizdə həmin videoya görə boşanma söhbəti də oldu, amma videonu yaymaq ağlımdan keçmədi. Onda yayardım, haqlı da olardım. Bu söz-söhbətlərə də gəlib çıxmazdım. Əlimdə ondan da artıq kompromatlar var ki, bununla Anarı yerlə-yeksan etmək olar. Onun mənə qarşı etdiklərini açıqlamaq istəmirəm. Onun Suraxanı rayon Məhkəməsində işi var. Anar özü çox gözəl bilir nə işidir... Yəni, onlar qaldırılsa, açıqlansa, Anar gərək, ümumiyyətlə, Azərbaycanda yaşamasın, ölkədən köçsün. Ona görə də Anara məsləhət görürəm ki, telefonuma cavab versin, deyəcəyim sözləri dinləsin. Əgər insan olub, uşaqlarını evlə təmin edəcəksə, etsin. Yoxsa videonun yayılmağını üzərimə atmaqla mənə növbəti zərbəni vurmuş olacaq. Çünki o videoda mən təhqir olunmuşam. Niyə məhz digərləri yox, mənim təhiqr olunduğum videonu yayıblar? Bu söhbətdə mənəvi təzyiqi, stressi mən və uşaqlarım alıb. O, ata kimi məni və uşaqlarını düşünsəydi, səsimi yaymazdı. Anarın mənə etdiyi fiziki, mənəvi təzyiqləri, əməllərini açıb deyə bilərəm. Onları danışsam o, millətin qınaq obyektinə çevrilib, daş-qalaq olunar.

Mənə etdiklərinə görə məhkəmədə cavab verəcək"

-Anar Nağılbazdan nə vaxt boşanmısınız?
-İki ilə yaxındır ki, ayrılmışıq. Rəsmi olaraq isə 1,5 ildir ki, boşanmışıq.

-Onun yeni ailə quracağı Aytən xanımı tanıyırsınız?
-Xeyr. Amma bu ilin yayından bilirdim ki, Anarın həyatında qadın var. Həmin xanımla evlənəcək. Bu barədə özü mənə demişdi. Boşanmış insanın yenidən ailə qurması normaldır. Mən də bunu çox normal qarşılamışam. Mən də cavan xanımam, sabah ailə qura bilərəm. Bu, onun şəxsi işidir. Çünki biz rəsmi boşanmışıq. Anar deyirdi ki, mənə zəng etmə, yazma. Uşaqlar da yazmasın. Çünki Aytən qısqanır. Məni hədələyirdi, deyirdi ki, Azərbaycanda yaşamaq istəyirsənsə, ağıllı ol, səni yerlə-yeksan edərəm. Bunlar hamısı mənim tərəfimdən məhkəməyə təqdim olunacaq. Anar qanun qarşısında mənə vurduğu mənəvi, maddi ziyanı ödəyəcək. Ondan təzminat tələb edəcəyəm.

-Təzminatın miqdarı nə qədər olacaq?
-Bilmirəm, buna vəkilim, məhkəmə qərar verəcək. Çünki bu qalmaqaldan sonra mən də, uşaqlarım güclü əsəb, stress keçirdik. Oğlum Tamerlan məktəbə gedir, onu dərslərdən saxlaya bilmərəm. Anar bir az məntiqli, düşüncəli, sözün əsl mənasında bəy olsa, ailəsi bu vəziyyətə gəlib çıxmazdı. O düşünməlidir ki, mənim iki övladım var. Qızım var, anamın adını qoymuşam. Oğlunun 9 yaşı var. Sabah o, böyük kişi olacaq. Anar düşüncəli ata olsaydı, belə hərəkətlərə yol verməzdi. Onun düşüncəsinin hara qədər olduğu millətə də agah oldu.

"Toyumuzda atamla qardaşlarım iştirak etməyib"

-Anar Nağılbazla nə zaman, hansı şəraitdə tanış olmusunuz?
-Anarla ümumi dostun toyunda tanış olmuşduq. O adam Anarı yaxşı tanıyırdı. Ailəmə də onunla bağlı danışmışdı. Ona görə də ailəm Anarla evlənməyimi istəmirdi. Hətta toyumuzda nə atam, nə də qardaşlarım toyumuzda iştirak edib.

-Səbəb nə idi?
-Çünki onunla evlənməyimi istəmirdilər. Mən ailəmə qarşı çıxıb o insana ərə getdim, ailə qurdum.

-Adınız da bizim üçün maraqlıdır.
-Mən təmiz azərbaycanlıyam. Adımı məndən 6 yaş böyük qardaşım Mehdi qoyub. "Uzaq sahillərdə" filminə baxıb, oradakı Anjelika adını bəyənib. Mən yeni doğulubmuşam, 3 gün ağlayıb ki, bacımın adı Anjelika olacaq. Onun istəyi ilə bu ad mənə qoyulub.

-Neçənci ildə doğulmusuz?
-1986-cı ildə.

-Anar Nağılbazla aranızda böyük yaş fərqi var.
-Bəli, o, məndən 10 yaş böyükdür. 1976-cı ildə doğulub.

"Anar anasını döyərək, ayağını sındırmışdı"

-Keçmiş qayınananız Şərqiyyə xanım da baş verənlərdən çox üzülüb.
-Mənim indiyə kimi o ailəyə pisliyim dəyməyib. Bunu nə qayınanam, nə qayınatam, nə də qayınlarım inkar edə bilər. O evdə mən yaxşı gəlin yox, qız olmuşam. O evdə özümü gəlin kimi aparmamışam. Mən o anaya qayınana, ya xala yox, ana demişəm. Ataya da elə ata deyə müraciət etmişəm. Onlara müraciətim indi də elədir, onlar mənim böyüklərimdir. Bu da gördüyüm tərbiyədən irəli gəlir. Çünki 8 il az müddət deyil. Anar onların oğludur, ananı da başa düşürəm. Övlad nankor çıxmaya da... O ana da oğlundan az çəkmıyib. Ana olaraq oğlunun əməllərini gizlədirdi. Bir adam ki, anasını incidə, əzə keçə, onun arvad-uşaq heç vecinə olmaz. O insan anasını mənim yanımda elə təhqir edib ki... Ananı elə bir vəziyyətə salıb ki. Anarın ümumiyyətlə, Azərbaycan xalqının qarşısında danışmağa dili olmamalıdır. Anadır, əlbəttə danacaq. Hətta evinə polis gələndə də danmışdı ki, yıxılmışam...

-Anar Nağılbaz anasına əl qaldırmışdı?
-O, ana olaraq danmışdı bunu. Dedi ki, nə edim, oğlumdur?! Onun dediklərində həqiqət olsa məni yandırmaz. Deyərəm ki, cəhənnəm, mən bu yolun yolçusu olmuşam. Amma yalan sözlər adamı yandırır. Amma adama belə böhtan atanda yanıb-yaxılırsan. Sən nədən danışırsan? Hansı qeyrətdən, kişilikdən dəm vurursan? Bu sözləri deməklə özünü reklam edirsən? Ayıbdır.

BAKU.WS