VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Zaur Kamal canlı yayımda müğənni Nüşabə Ələsgərliyə mərcdə uduzaraq 4500 manat ziyana düşüb.

BAKU.WS-in məlumatına görə, ötən verilişlərdən birində tərəzi üzərinə çıxan Nüşabə Ələsgərlinin çəkisi 90 kiloqram göstərilmişdi.

Lakin müğənni 90 kq deyil, 72 kq olduğunu bildirib və Zaur Kamalla mərc edib. N.Ələsgərli qeyd etdi ki, çəkisi 90 kq-dan az olsa Zaur Kamal ona 5 min manat verəcək.

Müğənni iddia edirdi ki, Zaur Kamal çəkini bilərəkdən dəyişərək ekrana 90 kq göstərib.

Ötən gün yayımlanan “5-də 5” verilişində müğənni yenidən tərəziyə çıxıb və 77 kq olduğu məlum olub.

Aparıcı Zaur 4500 manatı canlı yayımda Nüşabə Ələsgərliyə verib.

Nazim
BAKU.WS