“Xəzər TV” “5/5” verilişində maraqlı anlar baş verib.

BAKU.WS-in məlumatına görə, verilişin aparıcısı Zaur Kamal efirdə izləyicilərdən müğənni Müğənni Bahar Lətifqızının pul qabında nə qədər pul olduğunu soruşub.

Müsabiqə elan edən Zaur pul qabında nə qədər pul olduğunu düz tapan şəxsə 50 manat veriləcəyini deyib. Sonda pul qabındakı pullar canlı yayımda sayılıb və müğənninin pul qabında 700 manata yaxın pulu olduğu məlum olub.

Daha sonra müğənni Bahar pul qabından az pul çıxaması ilə bağlı danışıb: "Mən pul qabımda 10 min də gəzdirə bilərəm. Elə ailələr var ki, heç çörək almağa imkanı yoxdur. Mənim sumkamda o pulu çıxaranda nə olacaq? Cibimdə 2 min pul var idi. Xərcləmişəm, qalanı budu".

“Xəzər TV” “5/5” verilişində baş verən həmin anları təqdim edirik:

BAKU.WS