VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış müğənni, keçmiş reper Miri Yusif Türkiyəyə gedəcəyini bildirib.

BAKU.WS məlumat verir ki, sənətçi türkiyəli müğənni Funda Ararın onun "Bağışla" mahnısını icazəsiz ifa etdiyinə görə qardaş ölkəyə yollanacağını deyib:

"Funda Ararın ifasını bəyənirəm. Amma mənim haqqımı tapdaladılar. İstəyirəm ki, bu mahnının hər təqdimatında müəllif kimi mənim adım səslənsin, klipdə yazılsın. Bununla bağlı yaxın günlərdə Türkiyəyə gedəcəyəm. Orada Funda Ararla görüşdükdən sonra böyük ehtimalla, istəyimə nail olacağam, haqqım geri qaytarılacaq. Mən pul dalınca qaçmıram, yetər ki, müəllif kimi adımı hallandırsınlar", - deyə müğənni bildirib.
 
BAKU.WS