SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Müğənni Emin Ağalarov Bakıdakı "Sea Breeze Resort” istirahət mərkəzində təşkil etdiyi  "Jara-2017” Beynəlxalq Musiqi Festivalına oğlu Mikayıl və Əli ilə qatılıb. 

BAKU.WS-in məlumatına görə, əvvəlcə qırmızı xalı üzərindən keçid olub. İlk olaraq xalı üzərinə festivalın təşkilatçısı, tanınmış bəstəkar və müğənni EMİN övladları ilə birlikdə çıxıb. Daha sonra buradan Anita Tsoy və başqaları, habelə Oleq Qazmanov, Sergey Kojevnikov ailə üzvləri ilə birlikdə, Yeqor Krit, Valeriya həyat yoldaşı İosif Priqojin ilə birgə keçiblər.

"Jara” festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov idi.

Xatırladaq ki, iyulun 28-də festival çərçivəsində qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş musiqi proqramı təqdim olunacaq. Ertəsi gün "Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.
 
Qeyd edək ki, festivalın ən bahalı bileti 10000 min AZN-dir. Həmin biletin sahibi şouya qatılan artistlərin masasında oturur. 

Tuncay
BAKU.WS