13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Məşhur azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov "Jara - 2017” Beynəlxalq Musiqi Festivalına 52 saat qalması ilə bağlı İnstagram səhifəsində foto paylaşıb.

BAKU.WS-in məlumatına görə, Moskvada əkiz övladları ilə birlikdə çəkdirdiyi şəkli paylaşan Emin Ağalarov fotonun şərh bölməsində JARA festivalına 52 saat qaldığını bildirib.

”JARA-ya 52 saat qalıb. Biz hazırıq, bəs siz…”, - deyə E.Ağalarov yazıb.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfə reallaşacaq festival 2017-ci ildə iyulun 27-dən 30-na kimi baş tutacaq. 

Tədbirdə yerli və əcnəbi məşhurlar çıxış edəcəklər. Festivala biletlər sentyabrın 12-dən satışa çıxarılacaq. 

Xatırladaq ki, "Jara - 2016” Beynəlxalq Musiqi Festivalı iyulun 9-u və 10-da Xəzərin sahilində, "Sea Breeze” istirahət mərkəzində baş tutmuşdu. Gecədə Rusiya və Azərbaycan şou-biznesinin tanınmış ulduzları çıxış etmişdi.
 
Samed
BAKU.WS