SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni-bəstəkar iyulun əvvəlində Bakıda keçirilən "JARA” festivalından danışıb.

BAKU.WS "7days.ru” –ya istinadən xəbər verir ki, ifaçı festival öncəsi baş verən xoşagəlməz məqamlardan danışıb. Deyib ki, festival öncəsi hava həddindən artıq küləkli olub. Hətta vəziyyət o həddə çatıb ki, festivalı təxirə salmaq haqda düşünüblər:

"Bakı küləklər şəhəridir. "JARA” festivalı ərəfəsində təbiət bunu bizə bir daha sübut etdi. Biz müğənnilər əksər hallarda hətta yağışın altında belə konsert vermişik, çıxış etmişik. Amma güclü küləkdə bunun nə dərəcədə qorxulu, hətta mümkünsüz olduğunu anladıq. Ətrafımızda havada stullar uçuşanda, elə bildim ki, ümumiyyətlə, festival baş tutmayacaq. Ümidimiz ona idi ki, bəlkə həftə sonu hava düzələr. Bu vəziyyət sanki kazinonu xatırladırdı. Biz ortaya bütün qüvvəmizi qoymuşduq. Görünür, festivalın baş tutmasını istəyən o qədər çox adam oldu ki, onlar müsbət enerjilərini kainata göndərdikləri üçün hava qaydasına düşdü. Maraqlı olan bilirsiz nədir, festivalda çıxış etməyə sonradan gələn müğənnilərə baş verən hadisəni danışanda, onlar buna inanmadılar, zarafat etdiyimizi zənn etdilər”.

Qeyd edək ki, iyulun 9 və 10-da Xəzərin sahilində yerləşən "Sea Breeze” otelində keçirilən festivalda Valeri Meladze, Nyuşa, Qriqori Leps, "A-studio”, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, Emin Ağalarov, Slava, "MBAND”, Potap və Nastya, Burito, İrina Dubtsova, "A-DESSA”, Ciqan, Svetlana Loboda, "Qlyukoza”, "IOWA”, Zülfiyyə Xanbabayeva,  Filipp Kirkorov və digəriləri çıxış etmişdilər.

Beynəlxalq "JARA” festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.
 
BAKU.WS