SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mənim şeirlərimi şəhvət kimi yozurlar. Bəzi insanlar isə hikmət tərəfə yozurlar. Şeirlərimi özdilimdə, bir də öz dilində başa düşən insanlar var. Məni qınayanlar öz dillərində başa düşənlərdir".
 
BAKU.WS-in məlumatına görə, bu sözləri ARB TV-nin Evgördü verilişinə qonaq olan müğənni Elza Seyidcahan deyib. O bildirib ki, bu gün bizim gördüyümüz bütün hər şey təbiətdən yaranan gözəlliklərdir:
 
"Oturduğumuz divan, gördüyümüz işıq və digərləri təbiətin sevişməsidir. Sevgi, məhəbbət olmasa bu gözəlliklər doğulmaz. Biz həm doğuruq, həm doğururuq, həm doğuzdururuq. İnsanlar mənim bu sözlərimi gülüş kimi qəbul edirlərsə, nə xoş mənim halıma. Bununla da insanların C vitamini artır. Biraz dərinliyinə varsalar, orada E, B vəD vitamini də olduğunu görərlər. Mənim dilimdə başa düşənlər bütün vitaminləri orada görürlər".
 
Nazim Babayev
BAKU.WS