"Siz mənə heç vaxt ləkə yaxa bilməzsiniz. Mən təmiz, pak, mələk qəlbli xanımam. Simamdan görünür ki, Elza Seyidcahan necə qadındır".
 
BAKU.WS məlumat verir ki, bunu əməkdar artist Elza Seyidcahan "ATV Maqazin 10larla" verilişinə açıqlamasında deyib. Müğənni prodüser Tolikin (Tarix Əliyev) İnstaqram hesabında onun "Qadın nə istəyir” şeirini paylaşıb məsxərəyə qoymasına münasibət bildirib:
 
"Bir damcı pulun ucunu göstər, çıxıb efirdə sənə "biznes-ledi” desinlər. Ağıllı adamam, dəli deyiləm ki... Dəli adama oxşayıram? Gördüyümü qavrayıram. Məsxərəyə qoymaq lazım gəlsə, o qədər istedadlıyam ki, mən də qoyaram. Yaxşı aktrisalığım var, hər cür rəqs edə bilirəm. Sadəcə olaraq, hərənin öz şəxsi həyatı var və yaşayır. Hər kəs öz həyatına görə cavab verəcək. Yaxşı əsərimin ortasını başqa mənaya çevirirlər, öz səhifələrində qoyurlar ki, camaat məni gülüş, təhqir hədəfinə çevirsin. Deyirlər "Gülün buna, tüpürün buna, daş atın buna”. Mən çox gözəl bilirəm ki, onlar bunu kiminsə sifarişi ilə edirlər. Məni nə qədər ələ salsanız da, Allah buna qəhqəhə çəkib gülür. Əvvəla, sən mənim şeirimi paylaşanda məndən icazə almalısan. Sən mənim adımı qoymamısan ki, mənə "Elza” deyə müraciət edəsən. Məni atam-anam o cür çağıra bilər. Bir az diqqətli ol.Şou-biznesdə bir parça çörəyimi qazanıramsa, o demək deyil ki, mən sizin kimi bəzilərinin tayıyam. Mən istəsəm də, sizin tayınız ola bilmərəm".
 
BAKU.WS