Məşhur aparıcı pilləkənlərdən yıxılaraq reanimasiyaya yerləşdirildi

Məşhur aparıcı pilləkənlərdən yıxılaraq reanimasiyaya yerləşdirildi
Şou-biznes 188

Pilləkənlərdən yıxılaraq ağır xəsarət alan və huşunu itirən Türkiyənin məşhur aparıcısı Reha Muxtar reanimasiyada intubasiya olunub.

BAKU.WS Haberler.com-a istinadən xəbər verir ki, Türkiyənin məşhur televiziya siması və aparıcısı Reha Muhtar gecə saat 01:00 radələrində malikanəsinin pilləkənlərindən yıxılaraq xəstəxanaya aparılıb. Bildirilib ki, intubasiya edilən Reha Muxtar hazırda reanimasiyada müalicə alır.

Qeyd edək ki, türkiyəli jurnalist, televiziya xadimi və yazıçısı Muxtar 1959-cu il iyulun 21-də İstanbulda anadan olub. Ali təhsilini Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım Fakültəsində bitirib. Muxtar karyerasına TRT-də başlayıb. Reha Muxtar xüsusilə 1990-cı illərdə Türkiyənin ən məşhur televiziya proqramçılarından biri idi.

Son xəbərlər