Ermənistan silahlanmağa davam edir: İrəvan yenidən Hindistana üz tutdu

Ermənistan silahlanmağa davam edir: İrəvan yenidən Hindistana üz tutdu
Dünya 118

"Ermənistan Hindistandan yenidən 155 mm-lik ATAGS artilleriya qurğularının alınmasında maraqlıdır".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Hindistan Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sudjan Çinoy deyib.

Daha əvvəl tirajlanan xəbərlərə görə, İrəvan hələ 2022-ci ildə Delhidən 155 milyon dollar dəyərində artilleriya sistemləri (ATAGS) sifariş edib. 155 mm-lik haubitsaların ilk partiyası 2023-cü ilin avqustunda çatdırılıb.

"Hindistanda istehsal olunan ATAGS-lar çox manevrli qurğulardır və böyük uğur qazanır. Erməni tərəfi əvvəl də bu qurğulardan alıb və razı qalıb", - deyə Çinoy bildirib.

O xatırladıb ki, Delhi artıq İrəvana "Swathi" radiolokasiya sistemlərini idxal edib və müqavilənin dəyəri 40 milyon dollar təşkil edib. Onun qiymətləndirməsinə görə, Hindistanın yaylım atəşli raket sistemləri dünyada ən yaxşılarından biridir və onlara böyük tələbat var.

Sudjan Çinoy qeyd edib ki, Ermənistan həmçinin təxminən 250 milyon dollar dəyərində olan "Pinaka" yaylım atəşli raket buraxılış sistemlərinə maraq göstərib.

Oxşar xəbərlər

İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb

İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb

İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər. "Report" xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti yazıb. Hadisə Sarıy...

112 Dünya 06:51 23 noyabr 2024

Son xəbərlər