Rihannanın brendi Paris Olimpiadasına sponsorluq edəcək

Rihannanın brendi Paris Olimpiadasına sponsorluq edəcək
Şou-biznes 65

Rihannanın gözəllik brendi Paris Olimpiadasına sponsorluq edir.

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, 2024-cü il Paris Olimpiadasına milyard dollarlıq kosmetika brendi ilə sponsorluq edən Rihanna bu barədə sosial şəbəkədə bildirib.

Sənətçi iyulun 26-da başlayacaq 2024-cü il Paris Olimpiadası ərəfəsində gözəllik brendi ilə bu günə qədər ən prestijli müqavilələrdən birini imzalayıb.

Belə ki, Rihannanın kosmetika brendi Paris Yay Olimpiya Oyunlarının rəsmi sponsoru olub.

Rihanna, gözəllik markasının bir ay davam edəcək Olimpiadalar zamanı "rəsmi premium tərəfdaş" kimi xidmət edəcəyini söyləyib.

İfaçı vaxtının çox hissəsini Paris Moda Həftəsi tədbirlərinə qatılaraq keçirsə də, onun həmin müddət ərzində olimpiya biznes komandası ilə müqavilənin detaları ilə bağlı danışıqlar apardığı güman edilir.

Qeyd edək ki, Rihanna gözəllik brendi məhsullarını 2017-ci ildə satışa çıxarıb. Məşhur müğənninin reklam etdiyi məhsullar qısa zamanda məşhurlaşıb.

Son xəbərlər