VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün Gəncədə "Xəmsə” Ticarət Mərkəzindəki "Cinema Plus"da "Bayram axsamı" filminin imza gecəsi keçirilib.

BAKU.WS xəbər verir ki, imza gecəsi yüksək coşqu ilə müşayiət olunub, tamaşaçılar filmin yaradıcı heyətini sevgi ilə qarşılayıblar. 

Filminin prodüseri Murad Dadaşov imza mətrasiminə qatılanları salamlayıb və informasiya dəstəyinə görə, BAKU.WS saytına minnətdarlığını bildirib. Daha sonra o Filmin yaradıcı heyətini təqdim edib. O deyib ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Toğrul Məmmədov, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri İsmayıl Bağırov, montaj rejissoru Emin Muradovdur. 

Xüsusi vurğulamaq lazımdır ki, məhz filmin quruluşçu rejissoru Toğrul Məmmədovun təkidi ilə "Bayram axşamı" filminin ərsəyə gəlməsi üçün yalnız Azərbaycandan olan heyət fəaliyyət göstərib. Filmdəki xüsusi effektlər və səhnəcikləri azərbaycanlı kaskadyorlar canlandırıb. Toğrul Məmmədov prinsipial olaraq əcnəbi mütəxəssislərin xidmətindən istifadə etməyib.  

Baş rolları rəqqasə Oksana Rəsulova, Murad Dadaşov, İslam Mehrəliyev və Cəmil Məmmədlinin oynadığı filmin süjetinə görə elə adı da Bayram olan baş qəhrəman Novruz bayramı ərəfəsində ürəyində səhv arzu tutur. Tonqalın üstündən tullanır və növbəti gün Bayramın bədəni 6 aylıq körpə, başı isə böyük adamın ölçüsündə olur.

Qeyd edək ki, "Bayram axşamı" filmi fevralın 16-dan etibarən respublikanın bütün kinoteatrlarında nümayiş etdirilir. Təsadüfi deyil ki, "İlin ən gözlənilən filmi" hesab olunur.
 
BAKU.WS