Nüşabə yeni doğulan nəvəsini "dollar yağışı"na tutdu - VİDEO

Müğənni Nüşabə Musayeva nənə olub.
BAKU.WS xəbər verir ki, sənətçinin qızı Elnarənin qız övladı dünyaya gəlib. Nüşabə yeni doğulan nəvəsinin görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.
İfaçı ilk dəfə nənə olduğu üçün sevindiyi bildirib:
"Nənəlik hissini mənə yaşadan Allaha sonsuz təşöəkkürlər olsun. Nəvə övladdanda şirindir. Həyatıma gözəllik, dünyama rəng qatan və xoşbəxtlik qatan nəvəm, xoş gəldin... Adınla böyüyəsən, Selin balam. Atalı-analı, nənəli, balalı, sağlam xoşbəxt yaşa... Qədəmlərin mübarək olsun".
Kadrlarda Musayevanın nəvəsini "dollar yağışı"na tutduğu görüntülər yer alıb. O dollarla yanaşı nəvəsi Selinə qızıl qolbağda hədiyyə edib.
Xatırladaq ki, Nüşabə Musayevanın qızı ötən il türk vətəndaşı Oğuzhan Kaya ilə ailə qurub.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...