SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan “Dünya” adlı yeni musiqi layihəsini təqdim edib. 

BAKU.WS xəbər verir ki, sözləri Şahin İsmayılov, musiqisi Fərid Kərimliyə aid bəstəni rejissor Roman Yaşar ekranlaşdırıb. Klip Bakının Fəvvarələr Meydanı, Nizami küçəsi, Dənizkənarı Bulvar ərazisində lentə alınıb.

Klipdə Bakı sakinləri, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kiçik siniflərinin xoru iştirak edib.

Röya Ayxan layihəni Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr etdiyini vurğulayıb:

“Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq.

Ümummilli liderimizi belə anmaq istədim. Özəl gündə sevgi dolu layihəmi sizlərə əmanət edirəm”.

BAKU.WS
VİDEO