SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın çoxdan gözlənilən birgə ilk konserti baş tutub.

Aylardır hazırlıq gedən möhtəşəm konsert ötən gün paytaxtın ən lüks məkanlarından birində unudulmaz anlarla yadda qalıb.

Pop kraliça Aygün Kazımova bütün konsert boyu bir-birindən hit mahnılarını ifa edib. Ölkənin əsas ulduzunun heyranları ilə etdiyi səmimi söhbətlər konsertə rəng qatıb. Pop diva məhz bu konsert üçün musiqiçilər və rəqqaslarla hazırlanmış xüsusi performansı ilə gecəni daha da coşdurub. 

Kazımovanın fit görünüşü və şousunu al-əlvan edən parıltılı çəhrayı rəngli səhnə obrazı da konsertin ən yaddaqalan məqamlarından olub.

Konsertdən ən maraqlı görüntüləri təqdim edirik.

BAKU.WS
VİDEO